Yeni teleproqramlar ərsəyə gələcək

Yeni teleproqramlar ərsəyə gələcək
  01 Avqust 2013    Oxunub:1413
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında televiziyaların və son maliyyə müsabiqəsinində ikinci mərhələyə keçmiş yerli QHT-lərin iştirakı ilə layihələrin effektli icrası haqqında müzakirələr aparılıb.

AzVision.az xəbər verir ki, Şura sədri, millət vəkili Azay Quliyev bildirib ki, tədbirin məqsədi bəyənilmiş layihə ideyalarının icrasının effektli təşkili, onun miqyasının genişləndirilməsidir:

`Eləcə də qanunlar haqqında ictimai məlumatlandırmanın daha böyük auditoriyanı əhatə etməsi üçün televiziya verilişlərinin hazırlanmasını birgə müzakirə etməkdir. Xüsusi ilə yeni qanunların təbliği və sosial çarxların yayımlanması baxımından televiyalar mühüm əhəmiyyət kəsb edir`.

Televiziyalarla QHT-lərin əməkdaşlığının hər iki tərəf üçün səmərəli olduğunu vurğulayan Şura sədri bunun ortaq modelini tapmağa çalışdıqlarını qeyd edib.

QHT təmsilçiləri millət vəkili Çingiz Qənizadə, İnternet Forumun prezidenti Osman Gündüz və digər təmsilçilərdən Səadət Bənənyarlı, Taryel Həsənov, Lyudmila Xəlilova, Məhərrəm Zülfüqarlı, Samir Əliyev, Pərviz Həşimov, Bəxtimşah Tağıyeva və digərlərinun də çıxış etdiyi müzakirədə televiziyanın imkanından istifadənin layihələrinin səmərələliyini artıracağını vurğuladılar.

İctimai Televiziyanın departament rəhbəri Anar Yusifoğlu və Xəzər televiziyasının xəbərlər xidmətinin rəhbəri İbrahim Ünlübostanda çıxışlarında vətəndaş cəmiyyətinin təşəbbüslərini hər zaman dəstəkləməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti