Mİkayıl Cabbarov səfirlik nümayəndələri ilə görüşüb

Mİkayıl Cabbarov səfirlik nümayəndələri ilə görüşüb
  31 İyul 2013    Oxunub:1032
Təhsil naziri Mİkayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili cənab Volfqanq Mössinger ilə görüşüb.
Bu barədə AzVision.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili cənab Volfqanq Mössinger ilə görüşlər keçirib.

Hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.


Teqlər:





Xəbər lenti