Hərbi xidmətə çağırış başa çatıb

Hərbi xidmətə çağırış başa çatıb
  31 İyul 2013    Oxunub:1323
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə başlanmış növbəti həqiqi hərbi xidmətə çağırış başa çatıb.
AzVision.az xəbər verir ki, minlərlə gənc hərbi xidmət borcunu yerinə yetirmək üçün hərbi hissələrə yola salınıb. Eyni zamanda, xidmət müddətini bitirmiş əsgər, matros və çavuşlar da ehtiyata buraxılıblar.

Sərəncama əsasən, 1995-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1978-1994-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2013-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.


Teqlər:  





Xəbər lenti