`Guardian`ASAN xidmətdən yazdı
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Hüquqşunasları Konfederasiyasının (AHK) baş katibi Kamal Cəfərovun Böyük Britaniyanın nüfuzlu "The Guardian" nəşrində dərc edilən məqaləsində deyilir.
Cəfərovun sözlərinə görə, ixtisaslaşdırılmış mərkəzdə vətəndaşların bir sıra dövlət xidmətlərindən yararlana biləcəyi "bir pəncərə" modeli Böyük Britaniya, Kanada və Gürcüstanda tətbiq edilib ki, burada məqsəd xidmətlərin işini daha da səmərəli etməkdir: "Azərbaycan vətəndaşların yararlandıqları xidmətlərin səviyyəsinin artırılmasına müsbət təsir göstərən bənzər modeli bir müddət əvvəl tətbiq edib".
AHK-nın baş katibi qeyd edib ki, burada məqsəd müasir texnologiyalardan istifadə edən vətəndaşlar üçün dövlət xidmətlərinə çıxışı daha da asanlaşdırmaqdır: "Azərbaycanda bu funksiyanı müəyyən qədər "ASAN xidmət" mərkəzləri yerinə yetirir. Burada dövlət xidmətləri yüksək ixtisaslı dövlət məmurları tərəfindən vahid və əlaqəli şəkildə təqdim edilir.
Cəfərov bildirib ki, "ASAN xidmət" modelinin əsas prinsipləri müştəriyə istiqamətlənmək, potensialın yaradılması, ictimaiyyətə verilən vədləri yerinə yetirmək, innovasiyalar və korrupsiya ilə mübarizədir: "Bu kompleks yanaşma sayəsində "ASAN xidmət" dövlət sektorunun təşkili fəaliyyətinin formasını dəyişdi. Yaxşılaşma müşahidə edilən sahələrə istehsalatın artması, idarəetmə səviyyəsinin yüksəlməsi, strukturun təşkili və idarəetmə mədəniyyəti daxildir".
Məqalə müəllifi hesab edir ki, insan resurslarından uğurla istifadə edilməsi bu potensialın ayrılmaz hissəsidir: "Bu mərkəzlərdə işləyən insanların orta yaşı 18-35 arasında dəyişir. Onlardan yarısının xaricdə təhsil təcrübəsi var. Bütün bu amillər Azərbaycanda ictimai xidmətlərin səmərəliliyinin artırılması üçün təkandır".
Cəfərov deyib: "Bütün pul vəsaitlərinin bankların yerləşdiyi mərkəzdən kənara çıxmaması faktı şəffaflığı artırır və korrupsiya riskini azaldır. Bundan başqa, Azərbaycanda hazırda dövlət qurumları tərəfindən göstərilən bütün xidmətlərə fasiləsiz nəzarət edilir və qiymətləndirilir".
Yazının orijinalını BURADAoxumaq olar