8 bölgədə regional bərpa mərkəzləri yaradılıb

8 bölgədə regional bərpa mərkəzləri yaradılıb
  31 İyul 2013    Oxunub:1185
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, son on ildə 8 bölgədə regional bərpa mərkəzləri yaradılıb

Belə ki, 2003-2013-cü illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan və Gəncə şəhərlərində filialları inşa etdirilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri yaradılıb.

Qeyd olunan müddətdə nazirliyin nəzdindəki bərpa müəssisələrində 70 min nəfərə yaxın əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib.
Hazırda ölkənin bütün regionları üzrə 14 reabilitasiya mərkəzində hər il 9 minə yaxın əlil insana bərpa-müalicə xidməti göstərilir.

Onu da bildirək ki, əlillərin xarici ölkələrdə müalicəsinin təşkili daim diqqətdə saxlanılıb və 2003-2013-cü illərdə hər il 100 nəfərədək əlilin xarici ölkələlərdə 28 günlük bərpa müalicəsi, 1000 nəfərə yaxın əlilin istirahət zonalarında mənalı istirahəti təşkil olunub. Bununla yanaşı, 2012-ci ildən etibarən sümük-əzələ xəstəlikləri olan 100-dən artıq əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi həyata keçirilir.

AzVision.az




Teqlər:





Xəbər lenti