Sərdar Cəlaloğlu: "İbrahimbəyov seçkilərə qatıla bilməyəcək"
ADP sədri bildirib ki, R.İbrahimbəyov qanunu da bilmir: "Digər tərəfdən Rusiya dövləti qarşısında öhdəliklər məsələsi ortaya çıxır. Əgər uzun müddət Rusiyada biznes fəaliyyəti varsa, deməli, o, vergi verən subyektdir, bu da onun Rusiya dövlətinin qarşısında öhdəliklərinin olduğunu göstərir. Bu öhdəlik məsələləri onsuz da prezident seçkilərində onun iştirakı məsələsinə imkan verməyəcək. Bu qədər ciddi maneələr olduğu halda Milli Şura niyə alternativ namizəd vermir? Çünki bəziləri seçki prosesində iştirak etmək istəmirlər. Milli Şura seçkilərə qatılacaqsa, hazırlıqla bağlı müəyyən addımları atmalıdır, lakin heç bir hazırlıq işləri getmir".
S.Cəlaloğlu hesab edir ki, Milli Şura Azərbaycanda hakimiyyət dəyişdirilməsinə zəruri olan dəstəyi əldə edə bilməyiblər. bu dəstək olmadığı təqdirdə də Milli Şura aydın məsələdir ki, belə mühüm vəzifəni özü yerinə yetirə bilməz.
ADP sədrinin sözlərinə görə, Milli Şurada seçkiyə getmək və ya seçkini boykot etmək xəttini tutan tərəflər var: "Milli Şurada boykot məsələsi ortalığa çıxsa, seçkidə iştirak etmək istəyən və istəməyən qüvvələr ayrılacaq".(trend)
Teqlər: