Seçki hüququ pozulan şəxs necə şikayət edə bilər – RƏSMİ CAVAB
Onun sözlərinə görə, artıq seçkilərdə şikayətlərin azalması tendensiyası müşahidə olunur: “Seçicilərin öz huquqlarını lazımıi qədər bilməməsi narahat edici məqamların ortaya çıxmasına gətirib çıxarır. Amma bu bizi narahat etmir. Çünki bunları bildirmək bardə MSK-nın səlahiyyətləri var. Səsvermə gününə olan şikayətlərə baxarkən Məntəqə Seçki Komissiyalarının əsasən seçici siyaılarının daxil edilib-edilmədiyi bağlı öhdəliyi aşağı seçki komissiyalarına nisbətən daha güclüdür. Səsvermə günü edilən şikayətlərə loyal yanaşır. On a qısa müddət ərzində baxılması loyaldır. Bunun üçün proses getməlidir. Şikayətə baxma məsələsi də orda həllini tapmalıdır. Şikayət birinci olaraq ünvanlı olmalıdır. Əgər vətəndaş özü barəsində məlumat vermirsə, o anonim şikayətlər kateoqriyasın a düşür. Eyni zamanda vaxt və zaman dəqiq göstərilməlidir. Şikayətə baxan zaman şəxsin hüquqlarını qorumaq üçün onu prosesə cəlb etmək lazımdır. Bunun üçün də şikayətçinin ünvanı dəqiq göstərilməlidir. Seçicilər nədən şikayət edə bilərlər? Şikayət yazmaq üçün əsas şəxsin düşüncəsi, ehtimalıdır. O ehtimal edir ki, onun haqqı pozulub. Bunun doğru olub-olmadığına komissiya qərar verəndə baxır. İstənilən şəxs şikayət verə bilər. Şikayətə sübutlar əlavə edilməlidirmi? Hər hansı sübut varsa, ərizəyə daxil edilə bilər. Yoxdursa, olduğu kimi qala bilər”.
Natiq Məmmədov bildirib ki, MSK şikayətləri aldıqdan sonra sonrakı mərhələ başlayır: “Kimlər şikayət edə bilər? Seçki subyektlərinin şikayət vermək hüququ var. Elə şikayətlər var ki, onlar birbaşa göndərilir. Siyasi partiya və bloku özü birbaşa şikayət verə bilər. Şikayət verən subyekt deyilsə, həmin şikayətin baxılmasının mümkünsüzlüyü ortaya çıxır. Komissiya tərəfindən araşdırılmalı olan şikayətlər mütləq qeydiyyatdan keçməlidir. Əgər ekspert qrupu olan komissiyaların üzvüdürsə, araşdırma apara bilər. Əgər ekspert qrupu rəsmi qaydada bölünmə prosedurlarına daxil edilməyibsə, yenə də şikayətə baxıla bilməz. DSK- da şikayətin araşdırılması ilə bağlı xüsusi institut işləyir. Komissiyanın katiblərindən biri siyasi mövqeyinə görə müstəqil olan şəxs qrupun koordinatoru hesab olunur. Hər hansı katib koordinatordursa, o birbaşa araşdırmada iştirak edə bilməz. Koordinator özü birbaşa iclasda məsələ qaldıra bilərmi? İclasların gündəliyi sədr tərəfindən müəyyən olunur”.
Sevinc İLTİFATQIZI