TQDK 600 bal toplayanların sayını açıqladı

TQDK 600 bal toplayanların sayını açıqladı
  31 İyul 2013    Oxunub:2220
Sonuncu imtahanda iştirak edən 403 nəfər 600-dən yuxarı bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edən 403 nəfər 600-dən yuxarı bal toplayıb.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanın nəticələrinə əsasən, IV qrupda 973 nəfər 500 baldan yuxarı, 1562 nəfər 400-dən yuxarı, 2187 nəfər 300-dən yuxarı, 2849 nəfər 200-dən yuxarı, 3203 nəfər 150-dən yuxarı nəticə göstərib.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək üçün 11 793 nəfər ərizə verib. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 6 605 abituriyent cari ilin məzunları, 4 729 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Mirvari



Teqlər:  





Xəbər lenti