Milli Şura erməni otelində toplaşıb

Milli Şura erməni otelində toplaşıb
  30 İyul 2013    Oxunub:2110
Bu gün Milli Şura üzvləri müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovla görüşmək üçün Tbilisidə “Vera Palace” otelində bir araya gəlib.
AzVision.az-ın APA-ya istinadən məlumatına görə, adı çəkilən otel erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.

azxeber.com-un məluamtına görə, Rüstəm İbrahimbəyovun da Andrey Nersesyanla yaxşı münasibəti var. Vahid namizədin bu səbəbdən şura üzvlərini ora dəvət etdiyi iddia edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti