`Müxalifət partiyaları ilə təmas qurmalıyıq`
PA rəsmisi vurğulayıb ki, bununla bağlı ATƏT-lə danışıqlar aparılır:
`ATƏT-in həmişə olduğu kimi seçkiöncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahatdoğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq`
Ə.Həsənovun sözlərinə görə, seçkiqabağı siyasi partiyalarla xüsusilə də seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçiriləcək.
Sevinc İLTİFATQIZI