Rüstəm İbrahimbəyov çaşqınlıq içərisindədir
-Bu dönüşün olmayacağı əvvəldən də aydın idi. Bunun əsas səbəbi Rüstəm İbrahimbəyovun üzərinə düşən vəzifəyə hazır olmamasıdır. Siyasətdən və dövlət idarəçiliyindən xəbərsiz və hazırlıqsız ahıl insan artıq hansı yükün altında olduğunu başa düşür. Sadəcə gurultulu çıxışların bəs eləmədiyi, cəmiyyətə real proqram və liderlik xüsusiyyətləri nümayiş etdirməyin vaxtı gəlib çatmışdır. Rusyia və Azərbaycan kinorejissorunun isə buna hazır olmadığı aydın olur.
Radikal müxalifət daxilində kiçik qrupun ilkin planı baş tutdu. Müxalifətin azacıq da olsa uğur qazandığı ənənvi seçki planları dağıdıldı, əvəzində tətqi edilən Milli Şura planı isə artıq problemlər yaratmağa başlayır. Həm format, həm elan edilən prezidentliyə namizəd özünü doğrultmadı. Çünki, cəmiyyətin müxalif hissəsinə bəyanatlardan və bir nəfərin tərifindən sonra onların fəaliyyəti də lazım idi.
Bu fəaliyyət isə yoxdur, çünki buna hazır deyillər. Seçkiyə iki aya qədər bir vaxt qalmasına baxmayaraq, Milli Şura və onun namizədi hətta ən zəif namizəddən də az hazırlıq nümayiş etdirdilər. İbrahiməbəyoun hansısa bir müsbət PR-dan söhbət gedə bilməz. Sosial baza böyüyə bilmədi, Şuranın aparat rəhbəri Eldar Namazovun ABŞ Konqresində çıxışını isə interndə cəmi 15 min insan qulaq asıb. 4 milyon yarım seçicinin 0,3 faizi rəqəmi isə çox şeydən xəbər verir.
Bu situasiyada həmçinin Rüstəm İbrahimbəyov da özünə ayırdığı rola hazır olmadığını dərk edib. Onun böyük çaşqınlıq içində olduğu açıq görünür. İlk bəyanatlarından nəinki cəmiyyəti, hətta öz tərəfdarlarını şoka salan İbrahimbəy hal-hazırda nə etmək lazım olduğunu bilmir. Sadəcə çxışlar və abstrakt fikirlər artıq seçkiqabağı dövrün bu mərhələsində işləmir.
Ona görə də o sadəcə olaraq vaxtı uzatmağa çalışır. Nə baş verəcəyi isə onun üçün maraqlı deyil. Onsuz da o siyasətə təsadüfü gəlmişdi. BUna görə də yaxın zamanlarda sensasiyalı bəyanatların olacağı tamamilə gözləniləndir.
AzVision.az