Eynulla Fətullayev : `Emin Milli, binamus deyilsənsə...`

Eynulla Fətullayev : `Emin Milli, binamus deyilsənsə...`
  29 İyul 2013    Oxunub:3037
Son günlər hüquq müdafiəçisi, jurnalist Eynulla Fətullayevlə bloqqer Emin Milli və jurnalist Xədicə İsmayılova arasındakı savaş səngimək bilmir. Belə ki, Emin Millinin öz profilində hüquq müdafiəçisini iyrənc adlandırması qarşı tərəfi hiddətləndirib.
Bloqqerin: "Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxuzmalıdırlar ki, o belə iyrənc işlərlə məşqul olsun. Ola bilər ki, onu həbsdə zorlayıblar və qorxuzublar ki, onların dediklərini etməsə onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbləşmək lazım deyil. Onun misalı əslində nə qədər bir iyrənc sistem tərəfindən idarə olunduğumuzun bir sübutudur. Amma özümüzü bu iyrənclikdən qorumalıyıq. Eynulla Fətullayevlə Facebookda dost olmaq iyrəncdir. Belələri olsa mənim dost siyahımda onları siləcəm. Ona intervyu verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahımdan siləcəm. Məndən intervyu almadığı halda bu insan mənim adımnan yalanlar yayır. İnsanların intim həyatına girir, nakişilik edir"- statusuna öz növbəsində E. Fətullayev də cavabsız qalmayıb.

O bildirb ki, Emin Millii öz profilində Eynulla Fətullayevi təhqir edib və buna görə də cəzalandırılacaq.

"Hər şeydən öncə biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə indi yazdım - birincisi kişi məktub vasitəsi ilə söyüş söyməz. Üzə deyər. İkincisi, yazdım ki, bilirəm Bakıya dönməkdən it kimi qorxursan. İstənilən şəhərin adını yaz – gəlim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, buradan deyirəm, istenilen yerdə Emin Millini tapıb onu cezalandıracam... Emin Milli binamus deyilsənsə, azacıq qeyrət qalıbsa mənə görüş yerini təyin et".

Həmçinin jurnalist Xədicə İsmayılovanın öz profilində Fətullayevin rəhbəri olduğu saytları oxumamağa dəvət edən müraciətinə də hüquq müdafiəçisi kəskin şəkildə münasibət bildirib.

"Xədicə Ismayılova oxuculara çağırış edib ki, Eynullanın saytını oxumayın. Mətbuat azadlığının carçısının movqeyinə bir bax. Daha sənin YAP-dan ne fərqin var? Ikincisi istəyirsən lap dombalaq aş, xalq məni oxuyacaq. Çünki sən və sənin kimi savadsız, yalnız kompromatlarla işləyən jurnalist oxuculara informativ, analitik və səviyyəli yazılar təqdim etmekdə acizsən. Get Milli ve Transmilli ilə mətbəx dissidetnliyi ilə məşğul ol. Anlamırsan ki, indi 1973-cü il deyil, 2013-cü ildir. Bir az Nyu-York Taymsı oxu, geopolitikadan oxu, gor dünyada nə baş verir. Bəsdir içindəki kini burala tökdüyün. Xədicə Ismayıl Mao-nun mədəni inqilabını xatırlayıb oxuculara çağırış edib ki, mənim saytlarımı oxumasınlar. Amma bu gün ip-lərə baxıramki, oxucuların sayı çoxalır. Yaşasın Xədicə -Transmilli cütlüyü. Avqustun 8-də Berlinə yollanıram. Artıq biletimi aldım. Emin Millini yerin dibindən də olsa tapacam. Emin Milliyə telefonumu da göndərəcəm. Görüş yerinə gəlməsə, binamusun oğlu binamusdur...".

AzVision.az


Teqlər:  





Xəbər lenti