Əsgərimiz güllə yarasından ölüb

Əsgərimiz güllə yarasından ölüb
  29 İyul 2013    Oxunub:1027
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Həmin hərbi hissənin əsgəri, 19 yaşlı Nəcəf Fazil oğlu Əliyev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N. Əliyev Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Teqlər:





Xəbər lenti