İbrahimbəyov gəlmədi, Milli Şura getdi

İbrahimbəyov gəlmədi, Milli Şura getdi
  29 İyul 2013    Oxunub:1261
Milli Şura üzvləri İbrahimbəyovla görüşmək üçün Tiflisə gedəcək.
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə dönüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Deyilənlərə aydınlıq gətirmək üçün “Müsavat” Milli Şura sədrinin İcra Aparatının rəhbəri Eldar Namazovla əlaqə saxlayıb.

Eldar Namazov bildirib ki, Milli Şuranın yekun qərarına əsasən Rüstəm İbrahimbəyovun Bakıya gəlişi, vətəndaşlıqla bağlı sənədləri aldıqdan sonra reallaşmalıdır: “Rüstəm İbrahimbəyovun iyulun 31-də Bakıya qayıtması planlaşdırılıb. Ayın 30-da Tiflisə 1 günlük səfərdən sonra, Bakıya dönməliydi. Bu ərəfədə Rüstəm İbrahimbəyovun həmkarlarına qarşı əsassız cinayət işi üzrə istintaq hərəkətlərinə başlayıblar. Bu adamlar vasitəsilə Rüstəm bəyin əleyhinə ittihamlar irəli sürməyə cəhd edirlər. Hakimiyyət Rüstəm bəyin Bakıya qayıtmasından çox narahatdır. Rüstəm İbrahimbəyov açıq şəkildə bəyan edib ki, onu qondarma ittihamlarla, həbslə qorxutmaq mümkün deyil. Ancaq burda daha ciddi məsələ var. Rüstəm bəyin Rusiya vətəndaşlığından imtina ərizəsinə baxılması tam sürətlə getmir. Ancaq seçkilərə start verilənə qədər bu məsələ öz həllini tapmalıdır. Rusiya qanunvericiliyinə görə bu prosedurda şəxsin fiziki iştirak lazımdır. Ona görə də biz Milli Şura olaraq qərara almışıq ki, iyunun 30-da 15 nəfərdən ibarət heyətlə Gürcüstana səfər edək və Rüstəm bəylə seçki məsələlərini müzakirə edək. Əks halda hakimiyyət Rüstəm İbrahimbəyovun indiki şəraitdə Bakıya gəlməsindən istifadə edə bilər. Yəni, Rüstəm bəyin ölkəni tərk etməməsi baradə qərar verə və bunu qondarma cinayət işi ilə əlaqələndirə bilərlər. Ona görə də biz qərara gəlmişik ki, Rüstəm bəy əvvəlcə seçkilərdə iştirak etməsi üçün lazım olan vətəndaşlıqla bağlı sənədləri alıb, sonra Azərbaycana qayıtsın”.



Teqlər:  





Xəbər lenti