Azərbaycan Türkiyəyə qarşı terroru pislədi
O, bildirib ki, terror hadisəsilə bağlı məlumat rəsmi Bakının dərin narahatlığına səbəb olub.
"Bakı səfirliyin mühafizə xidmətinin zabitinin vəfatı ilə əlaqədar onun ailəsinə dərin hüznlə başsağlığı verir, həmçinin, terror nəticəsində yaralanmış digər 3 nəfər səfirlik əməkdaşının tezliklə sağalmasını arzulayır" - deyə Abdullayev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan hər zaman Türkiyənin yanında olub və bundan sonra da belə olacaq. Bu mənada, Bakı terrorizmlə mübarizədə Ankaraya tam dəstək verir.
Qeyd edək ki, partlayıcı maddə ilə yüklənmiş avtomobil Somalinin paytaxtı Moqadişoda Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşlarının yaşadığı binanın darvazasına çırpılıb. Yerli polisin məlumatına görə, partlayıcı maddə ilə yüklənmiş avtomobilin əsas hədəfi Türkiyənin bu ölkədəki səfirliyinin əməkdaşlarının yaşadığı bina olub.