Məktəblərdə qiymətləndirmə sistemində yenilik

Məktəblərdə qiymətləndirmə sistemində yenilik
  27 İyul 2013    Oxunub:1391
Azərbaycanın orta məktəblərində qiymətləndirmə sistemində yeniliklər hazırlanıb.
Təhsil Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, hazırda qiymətləndirmə növlərinin aparılması texnologiyalarını əhatə edən təkmilləşdirilmiş metodik göstərişlər hazırlanır və yeni dərs ili ərəfəsində məktəblərə çatdırılacaq.

Summativ qiymətləndirmə ilə bağlı test tapşırıqlarını çoxaltmağa texniki imkanları olmayan məktəblərdə müəllim həmin seçim variantlı test tapşırıqlarını dərsdən əvvəl lövhəyə yaza bilər və şagirdlər düzgün hesab etdikləri variantları dəftərlərində (yaxud ayrıca vərəqdə) qeyd edərlər.

Tapşırıqların yoxlanması isə heç bir çətinlik yaratmır.

AzVision.az



Teqlər:





Xəbər lenti