Rusiya azərbaycanlılarından İlham Əliyevə təşəkkür
Məktubda deyilir:
`Hörmətli cənab Prezident!
Bu bir həqiqətdir ki, Azərbaycan Sizin rəhbərliyiniz altında qlobal layihələr həyata keçirir, iqtisadi və sosial sahələrdə böyük uğurlara imza atır. Eləcə də əhalinin sosial və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı verilən mühüm qərar və göstərişləriniz müvəffəqiyyətlə həyata keçirilir. Ölkəmiz artıq dünya dövlətləri arasında xüsusi yeri olan coğrafi məkana çevrilib.
Möhtərəm Prezident, Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində Siz, özünüzün də qeyd etdiyiniz kimi, hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut etmisiniz. Bütün azərbaycanlılar, o cümlədən də doğma vətənimizdən kənarda yaşayan həmyerlilərimiz Sizin göstərdiyiniz diqqət və qayğını hər zaman hiss edirlər. İnsanlara bu qayğı həm kütləvi, həm də fərdi şəkildə göstərilir. Biz dəfələrlə bunun şahidi olmuşuq.
Hörmətli cənab Prezident, Azərbaycan vətəndaşına göstərdiyiniz diqqət və qayğının bariz nümunəsini biz dünən bir daha gördük. Nabranda istirahət mərkəzində 2 yaşlı uşağın faciə ilə üzləşdiyi, bununla əlaqədar həyatının təhlükə altında olduğu, onun təcili müalicəyə ehtiyac duyulduğu bir anda yenə də Siz imdada çatdınız. İmkansız bir ailənin bütün müalicə xərclərini öz üzərinizə götürməyiniz qəlbləri riqqətə gətirdi. Müqəddəs Ramazan günlərində gördüyünüz bu savab iş Allah tərəfindən mütləq mükafatlandırılacaq. Yaradan Sizi və ailənizi həmişə qoruyacaq.
Çox hörmətli Prezident, bütün həmvətənlərimiz kimi xaricdə yaşayan biz azərbaycanlılar da güclü siyasi iradənizə, humanistliyinizə, insanpərvərliyinizə görə daim Sizin ətrafınızda sıx birləşmişik. Biz Sizə, həyat yoldaşınız mərhəmətli Mehriban xanıma və övladlarınıza Allahdan cansağlığı arzulayırıq. Uca Yaradan Sizi qorusun!`
AzVision.az