XİN rəsmisi Aİ-nin nümayəndə heyəti ilə görüşüb
Görüşdə Filip Lefort regiona son səfəri, eləcə də rəsmilərlə keçirdiyi görüşlər barədə məlumat vermişdir. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Avropa İttifaqının regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu, Azərbaycanla ikitərəfli formatda müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirdiyi son görüşlər barədə məlumat vermiş və bu münaqişənin ədalətli həlli perspektivləri ilə bağlı ölkəmizin haqlı mövqeyini Avropa İttifaqı rəsmilərinin diqqətinə bir daha çatdırıb. Nazir münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd edib.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.
Teqlər: