İbrahimbəyova xarici imicmeyker gətirilir?

İbrahimbəyova xarici imicmeyker gətirilir?
  26 İyul 2013    Oxunub:1196
Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçki kampaniyasına xarici imicmeykerlər də cəlb olunacaq. “Azadlıq ” qəzetinə bu haqda məlumat verən mənbənin sözlərinə görə, artıq bununla bağlı razılaşma əldə olunub.
Rüstəm İbrahimbəyovun imicmeykerlərindən biri ABŞ, digəri isə Rusiyadır. ABŞ-dan olan imicmeyker Gürcüstan prezidenti Mixail Saakaşvilinin seçki kampaniyasında iştirak edib.
Rusiyalı imicmeykerə gəlincə, o, Rusiyanın sabiq prezidenti Boris Yeltsinin və Gürcüstanın baş naziri Bidzina İvanişvilinin imicmeykeri olub.

Açığı, bu, bilərəkdən dövriyyəyə buraxılan məqsədli xəbərə oxşayır. Və onu buraxanların niyyəti, yəqin, budur ki, İbrahimbəyovla bağlı Rusiya və Amerikanın razılığa gəldiyi haqda təsəvvür yaratsınlar.

Amma xəbər heç də inandırıcı görünmür. Öncə sual yaranır: o imicmeykerləri kim “cəlb edəcək?” İbrahimbəyovun namizədliyinin qeydə alınacağına tam inanmayan Milli Şuramı? Və o imicmeyker iki aya Rüstəm bəyə hansı imici düzəldəcək?

Yoxsa bu imicmeykerləri xarici dövlətlər özlərimi göndərəcəklər? Bu zaman onlar doğrudanmı, imicmeyker olacaqlar? Yoxsa bu ad altında İbrahimbəyovu və Milli Şuranı idarə etməyə xüsusi şəxslər gələcək? Əlbəttə, əgər gələcəklərsə...

Tariyel


Teqlər:  





Xəbər lenti