156-cı mənzilin sahibi danışdı

156-cı mənzilin sahibi danışdı
  26 İyul 2013    Oxunub:1298
156-cı mənzili sahibi "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənovdur.
“Mənzillər paylandıqdan sonra Prezidentə fərdi müraciət etdim. Sağolsun, cənab Prezident müracətimə baxıb və bu gün xəbər gəldi ki, mənzil mənə verilib”.

Bu sözləri AzVision.az-a açıqlamasında 156-cı mənzili alan “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov deyib. O, bildirib ki, artıq 36 ildir ki, bu sahədə iş təcrübəsinə malikdir : “13 il Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində, “Respublika” və “Yeni Azərbaycan” qəzetlərində baş redaktorun birinci müavini, Azərbaycan Dövlət Televiziyasında "Xəbərlər" departamentində baş redaktor olmuşam, daha sonra sədr müavini, 2002-ci ildən "Xalq qəzeti"nin baş redaktoru vəzifəsində çalışıram. Buna görə də cənab Prezidentə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, dövlət tərəfindən jurnalistlərə paylanılan mənzillərdən biri boş qalmışdı. Bu gün Prezident İlham Əliyevin göstərişi ilə həmin 156-cı mənzil “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənova verilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti