Şəfiqə Axundova vəfat etdi -VİDEO
Bacısının sözlərinə görə, xalq artisti səhər saatlarında özünü yaxşı hiss edib, ancaq qəflətən ürək ağrıları başladı və keçindi. Hazırda xəstəxanada yaxınlarından heç kimin olmadığın bidirən Rəfiqə Axundova qeyd edib ki, millət vəkili Qənirə Paşayevaya xəbər verilib və o hazırda yoldadır, xəstəxanaya gedir.
Qeyd edək ki, 89 yaşlı xalq artisti uzun müddətdir ki, ürək ağrılarından əziyyət çəkirdi.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.
Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə müsiqisevərləri valeh edib. 500-dən artıq əsəri var.
Allah rəhmət etsin.
Nihadə