İmran Berlinə yola salındı - FOTO

İmran Berlinə yola salındı - FOTO
  26 İyul 2013    Oxunub:1451
Ayaqlarını itirmiş uşağın vəziyyəti stabildir.

"Nabran Holiday Village" istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ciddi xəsarət almış iki yaşlı İmran Cəfərzadə Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün aeroportdan Almaniyaya yol salınıb.

AzVision.az xəbər verir ki, Mərkəzi Kliniki Xəstəxananın təcili yardım həkimi Azad Əbilov jurnalistlərə bildirib ki, xəstənin vəziyyəti hazırda stabildir:

"Xəstənin vəziyyəti dünən gün ərzində stabilləşdi, göstəricilər normallaşdı, lazım olan preparatlar vuruldu. Xəstə tam stabil halda tibbi təxliyyə ilə aeroporta çatdırıldı və alman həkimlərə təhvil verildi".
A.Əbilov qeyd edib ki, İmran Cəfərzadə Berlin şəhərinin xüsusi ixtisaslaşmış "Charite" klinikasına yerləşdiriləcək və təxminən 1 aya qədər reabilitasiya olunmalıdır.

İlkin olaraq 2-3 əməliyyat keçiriləcəyi istisna edilmir.

Xatırladaq ki, 2013-cü il iyullun 21-də Xaçmaz rayonunda Nabran Holiday Village akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Faktla bağlı cinayət işi açılıb,araşdırmalar davam edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti