Laçın bu gün - FOTOLAR

Laçın bu gün - FOTOLAR
  25 İyul 2013    Oxunub:7555
Erməni bloqerinin fotoları Laçının acınacaqlı vəziyyətindən xəbər verir
Bloqer Onnik Krikoryan Azərbaycan Respublikasın illərdir erməni işğalı altında olan Laçın rayonuna olub.

Onun çəkdiyi fotolarda əksəriyyəti Laçına zorla göndərilmiş ermənilərin bugünki həyatını əks etdirməklə birgə Laçının hazırki vəziyyətindən də xəbər verir.

Şəkillər baxarkən insanın içi qaralır sanki...Bir zamanlar Azərbaycanın dilbər guşəsi olan bu məkan hazırda yarıdağılmış vəziyyətdədir, təcrid olunmuş bir yerə bənzəyir. Ermənilərin yaşamasına baxmayaraq Laçında həyat bizsiz tamamilə sönüb desək yanılmarıq.

Elə çox zaman ermənilərin özlərinin təqdim etdiyi belə reportajlar Ermənistan hökumətinin işğal altında olan Qarabağda normal həyat şəraiti və inkişafla bağlı yalanlarını üzə çıxarır. Əslində bizim bu yerlərdə vəziyyət olduqca acınacaqlıdır, iqtisadi vəziyyət ildən ilə pisləşir. Regionda yaşayan ermənilər isə aqressiv Ermənistan hökumətinin bir növ əsirinə çevriliblər, ilk fürsətdə oralardan qaçırlar. Axı onlara deyən gərək heç adam da ”doğma torpağını” qoyub qaçar?! Demək ki, doğma deyilmiş!!!

Bunu elə şəkillər də təsdiqləyir.

Qeyd edək ki, Laçın Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olub.

Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan tərəfindən işğal olunub.

Səbinə Həsənova
AzVison.az

Qalereya




Teqlər:  





Xəbər lenti