İmranın gedəcəyi klinika məlum oldu
“Charite ” Avropada ən yaxşı tibb komplekslərindən biri hesab olunur. Həkimlərin sözlərinə görə, uşağın vəziyyəti yaxşılığa doğru inkişaf edir. Onlar İmranın ciyərlərindəki suyu tamamilə boşaltmağa müvəffəq olublar. Charite Berlin kompleksinin nümayəndələri ilə bütün lazımi danışıqlar aparılıb. Bir neçə saatdan sonra İmranı aparmaq üçün alman klinikasından xüsusui təyyarə gələcək. Daha sonra klinikada məsləhətləşmə aparılacaq. 28 gün ərzində müayinə və diaqnostika aparılacaq. Həmin vaxt ərzində 2-3 təcili əməliyyat həyata keçiriləcək.
Xəbər verdiyimiz kimi Cəfərovlar ailəsinin bu günə kimi bütün xərcləri prezident İlham Əliyevin göstərişi ilə dövlət tərəfindən həyata keçirilib.
Xatırladaq ki, 2013-cü il iyullun 21-də Xaçmaz rayonunda Nabran Holiday Village akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Faktla bağlı cinayət işi açılıb Araşdırmalar davam edir.
Teqlər: