İbrahimbəyov iyulun 31-i gəlir

İbrahimbəyov iyulun 31-i gəlir
  25 İyul 2013    Oxunub:1072
Müxalifətin vahid namizədi Bakıya iyulun 31-də qayıdacaq.
AzVision.az “Regnum” informasiya agentliyinə istinadən xəbər verir ki, Demokratik Qüvvələrin Milli Şurasının sədri, müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov Bakıya qayıdır. Milli Şuranın mətbuat xidmətindən verilən məlumata görə, İbrahimbəyov iyulun 31-i, günün birinci yarısı Tiflis-Bakı reysi ilə Azərbaycana gələcək.

Məlumatda o da qeyd olunub ki, dünən Rüstəm İbrahimbəyov Berlindən Brüsselə gəlib, burada bir sıra görüşlər keçirib və daha sonra Moskvaya yola düşüb. İbrahimbəyov iyulun 30-da Tiflisə gələcək, bir gün sonra isə buradan Bakıya yola düşəcək.



Teqlər:  





Xəbər lenti