Müsavat AXCP-dən şübhələnir

Müsavat AXCP-dən şübhələnir
  25 İyul 2013    Oxunub:1241
“Rüstəm İbrahimbəyovla İsa Qəmbərin arasını vurmağa çalışan adamlar var. R.İbrahimbəyovu Müsavata qarşı qaldırmağa çalışırlar”

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Müsavat Partiyasının Məclis üzvü, İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli deyib : “ R. İbrahimbəyov axırıncı sessiyasından sonra açıqlama verərək demişdi ki, İsa Qəmbərin namizədliyinin ləğv edilməməsi çox düzgün addımdır. O, açıqlamasında bu kimi məsələləri Bakıya gəldikdən sonra məsləhətlər nəticəsində yoluna qoymağı, hətta lazım gəldikdə, əlavə namizədlər verməli olduqlarını bildirmişdi. Ancaq bir müddət sonra R.İbrahimbəyov başqa açıqlama verdi. İsa Qəmbərin namizədliyini geri götürməli olduğunun vacibliyini dedi. Eyni zamanda vurğuladı ki, o, bu qənaətə ona görə gəlib ki, ona bu sözləri deyiblər. Yəni MŞ-da elə adamlar var ki, R.İbrahimbəyovu, Əvəz Temirxanı, ACP-ni də Müsavata qarşı yönəldirlər. Mən istəməzdim ki, M.Ş qarşısına bu məqsədi qoysun. Çünki MŞ-nın əsas məqsədi bu hakimiyyətlə vuruşmaq, bu il seçkidə qalib gəlib hakimiyyətə sahib çıxmaqdır. Milli Şurada Müsavatı təkləmək istəyi heç də düzgün iş deyil, buna cəhd edənlər də heç nəyə nail ola bilməyəcəklər”-deyə M. Hacıbəyli bildirib.

Çox güman ki, Mustafa Hacıbəyli “ara vurmağa calışan adamlar” deyərkən, Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP ) sədri Əli Kərimlini nəzərdə tutur.

AzVision.az


Teqlər:  





Xəbər lenti