`Ermənistan BMT tərəfindən cəzalandırılmalıdır`
Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən başqa beynəlxalq aləmdə heç bir ölkə Ermənistanı cəzalandırmır.
“Türkiyə Ermənistanla sərhədləri açmır. Amma ki, Ermənistan sərhədləri pozduğu üçün BMT tərəfindən cəzalandırılmalıdır. Bu proses həyata keçirilməyənə qədər Ermənistan kompromisə getməyəcək”
ATƏT-in Minsk qrupunun fəaliyəti ilə bağlı fikirlərini bildirən Fərhad Məmmədov bildirib ki, həmsədrlər son dəfə ümidsiz çıxış etdilər.
“Onlar son duruma görə tərəfləri cavabdeh bilirlər. Halbuki, onlar özləri səy göstərməlidirlər. Münaqişənin müddətinin uzanması məsuliyyətini öz üzərindən atırlar. Ermənistana təzyiq etməyən amma danışıqlarda iştirak edən bu ölkələr tərəflərin üzərinə günah atırlar”.
Sevinc İLTİFATQIZI