Yer Saturndan belə görünür – FOTO

Yer Saturndan belə görünür – FOTO
  25 İyul 2013    Oxunub:1493
NASA hazırda Saturn planetinin süni peyki olan “Cassini” kosmik apatından alınan fotoları dərc edib. Beləliklə, bəşəriyyət öz evi olan Yer kürəsinin uzaq kosmosdan çəkilmiş ilk rəngli fotosunu görə bilib.
Şəkillər kosmik agentliyin rəsmi saytında yayımlanıb. Saturndan baxanda Yer kosmosda balaca mavi nöqtə kimi görünür.

Buna qədər Merkurinin süni peyki olan “Messenger” də Yerin şəklini göndərə bilmişdi. Amma o, ağ-qara foto idi və nisbətən yaxın məsfədən – 98 milyon kilometrdən çəkilmişdi. “Cassini” isə bizə 1,5 milyard kilometr məsafədən çəkilmiş fotoları göndərib.

“Cassini” zondu 1997-ci ildə buraxılıb və 2004-cü ildə Saturna çatıb. Aparat həm nəhəng planetin özünü, həm də halqasını və peyklərini tədqiq edir. Onun çəkdiyi ən maraqlı şəkillərdən biri Saturnun peyki Titandakı nəhəng metan çayları olmuşdu.


Teqlər:





Xəbər lenti