Gürcüstan kanallarına baxa biləcəyik
Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gürcüstan tərəfindən isə iqtisadi və dayanıqlı inkişaf nazirinin birinci müavini Dmitri Kumsişvili imzalayıblar.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, bu sənədlə iki ölkə bir çox məsələlərə dair razılığa gəlib: «Məsələn, Gürcüstanda azərbaycanlıların çoxluq təşkil etdiyi zonalarda Azərbaycan kanallarının yeni rəqəmsal mühitdə yayımlanması, həmçinin gürcü dilli kanalların Azərbaycanda yayımlanması, Azərbaycan peyki üzərindən gürcü kanallarının yayımlanması və ya Gürcüstanda Azərbaycan peykinin resurslarından istifadə mümkün olacaq».
Teqlər: