Gülhanə Hərbi Tibb Akademiyasına tələbə qəbulu elan edilir

 Gülhanə Hərbi Tibb Akademiyasına tələbə qəbulu elan edilir
  25 İyul 2013    Oxunub:2019
Azərbaycan ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Azərbaycan Müdafiə Nazirliyinin xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə tələbə qəbulu elan edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, müsabiqədə bu il ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Müdafiə Nazirliyinə göndəriləcək. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 nəfər namizəd Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar. 1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 30-u və 31-i TQDK-ya (ünvan: Akademik Həsən Əliyev küçəsi 17; tel: (012) 440 30 09 ; email: [email protected]) müraciət edə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti