Ermənistanda həyat səviyyəsi düşüb

Ermənistanda həyat səviyyəsi düşüb
  24 İyul 2013    Oxunub:1313
Cari ilin ilk 6 ayı üçün infilyasiya göstəricisi orta aylıq əmək haqqının artım tempindən yüksək olub.
Ermənistanın Milli Statistika Xidmətinin rəsmi nəticələrinə görə, ölkədə əhalinin həyat səviyyəsi aşağı düşüb. Bu barədə Azvision.az erməni mətbuatına istinadən xəbər verir.

Statistik məlumatlara görə, “ 2013-cü ilin ilk 6 ayı ərzində infilyasiyanın səviyyəsi 4.1% təşkil edib. Həmin vaxt ərzində orta aylıq əmək haqqı cəmi 2.1% artıb”. Başqa sözlə desək, qiymətlər maaşlardan sürətlə artıb, bu isə o deməkdir ki, ölkədə həyat səviyyəsi enib, insanlar daha da müflisləşib.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırki rəsmi infilyasiya göstəricilərinə qaz və elektrik enerjisi tariflərinin artması daxil deyil. Qeyd etdiyimiz kimi, nəticələr cari ilin ilk yarımilliyinə aiddir. Qaz və işığın qiyməti isə iyulun 7-dən artıb. Əgər bunları da nəzərə alsaq, Ermənistanda infilyasiyanın səviyyəsinin 4.1%-dən də çox olduğunu deyə bilərik.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti