600 balı keçən abituriyentlərin sayı açıqlandı
Bu barədə AzVision.az-a Tələbə Qəbuu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, I qrup üzrə 600 balı keçən abituriyentlərin sayı 367 nəfərdir.
Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 21-də keçirilmiş qəbul imtahanının nəticələri dünən məlum olub. İmtahanda ən yüksək nəticə isə 695 bal olub.
Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Sevinc İLTİFATQIZI