YAP-ın namizədi qeydə alındı

YAP-ın namizədi qeydə alındı
  12 May 2016    Oxunub:2073
90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasını təmsil edən Cavid Osmanovun namizədliyi qeydə alınıb.
Bun barədə AzVision.az-a 90 saylı Ağdaş Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov məlumat verib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə adları qeyd olunan şəxslər deputatlığa namizədliyini irəli sürüb.

Cavid Osmanov Həmid oğlu - Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri

Ağazadə İqbal Fehruz oğlu - Ümid Partiyasının sədri

Məmmədov İlqar Eldar oğlu – REAL Hərəkatının sədri

Haqverdiyev Əli Bəkir oğlu – Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkimi

Hüseynova Səidə Bahadur qızı – Media və Təhsil İnnovasiya Mərkəzi İctimai Birliyinin sədri

Əliyev Bəybala Əşrəf oğlu – İşsiz, bitərəf

Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti