Türkiyə millisi üçün xüsusi təyyarə

Türkiyə millisi üçün xüsusi təyyarə
  11 May 2016    Oxunub:1932
“Avro-2016”nın final mərhələsində iştirak edəcək Türkiyə millisi üçün xüsusi təyyarə hazırlanıb.

AzVision.az-ın məlumatına görə, təyyarənin üzərində milli komandanın baş məşqçisi Fatih Terim və aparıcı futbolçuların şəkilləri əks olunub.

Yunus Mallı, Hakan Balta, Volkan Babacan, Oğuzhan Özyakup, Səlcuk İnan, Arda Turan, Alper Potuk, Ozan Tufan və Cenk Tosunun şəkildə yer alması Türkiyə mətbuatı tərəfindən bu oyunçuların milli komandanın heyətində yer alacağı iddiaları gücləndirib.

Qeyd edək ki, Türkiyə millisinin Fransaya aparılması üçün Boeing 737-900ER tipli təyyarədən istifadə olunacaq.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti