`Aİ öhdəliyinə əməl etməlidir`

`Aİ öhdəliyinə əməl etməlidir`
  23 İyul 2013    Oxunub:1318
Bu gün Brüsseldə Avropa İttifaqına (Aİ) üzv ölkələrinin və Şərq Tərəfdaşlıq ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Şərq Tərəfdaşlığında fəaliyyəti və ümumiyyətlə, Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edərək, 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib.

O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb.

Nazir, toplantı iştirakçılarına Prezident İlham Əliyevin iyunun 21-də Brüsselə etdiyi səfəri zamanı onun Aİ Şurasının Prezidenti Herman van Rompey və Avropa Komissiyasının Prezidenti Joze Barrozo ilə keçirdiyi görüşlərdə əldə edilmiş bir sıra vacib nəticələri xatırladaraq, Azərbaycanın Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişaf olunmasında maraqlı olduğunu bir daha bəyan edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti