TQDK bu dəfə dərsliklərə müsbət rəy verdi

TQDK bu dəfə dərsliklərə müsbət rəy verdi
  23 İyul 2013    Oxunub:1688
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası orta məktəblərin VII siniflərinin istifadə etdiyi dərsliklərin elmi-metodiki monitorinqinin nəticələrini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, bu monitorinqin nəticələrinə əsasən, bütün dərsliklər TQDK-nın Ekspert Şurasının yekun rəyində göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadə edilə bilər.

Həmin dərsliklər istifadə üçün məqsədəuyğun hesab edilir.

TQDK yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə almağı tövsiyə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti