Kamran Əliyev: “Çatışmazlıqlar aradan qaldırılıb”
AzVision.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev məlumat verib. O, bildirib ki, ötən dövr ərzində idarənin əməkdaşları qurumun seminar və konfranslarında fəal iştirak ediblər:
“Bundan başqa Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) ilə əməkdaşlıq diqqət mərkəzində saxlanılıb.
Bu ilin 12-14 aprel tarixlərində Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru, IAACA prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində “Anlaşma Memorandumu” imzalanıb”-deyə Kamran Əliyev vurğulayıb.
Fatimə KƏRİMLİ