Türkiyə səfirliyindən jurnalistlərə təbrik
“Bu gün Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə təməlini qoyduğu Azərbaycan milli mətbuatının 138-ci ildönümü qeyd olunur. Milli mətbuatın yaranması Azərbaycan xalqının taleyinde bir dönüş nöqtəsi oldu. Sağlam təməllər üzərində qurulan 138 illik Azərbaycan mətbuatı, keşməkeşli və çətin yollardan keçərək bu gün özünün yüksək inkişaf dövrünü yaşayır. Bu inkişafda əməyi və töhfəsi olan bütün medya nümayəndələrini əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir və bu müqəddəs yolda yeni yeni uğurlar arzu edirəm”.
AzVision.az