Bu dəfə Ağdam

Bu dəfə Ağdam
  22 İyul 2013    Oxunub:1215
ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətini məlumatlandırır
ABŞ Azərbaycanlıları Şəbəkəsi Ağdam rayonunun 1993-cü il iyulun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə ənənəvi kampaniyaya başlayıb. Azərbaycan diasporunun üzvləri qanunvericilərə, ABŞ administrasiyasındakı rəsmi şəxslərə, eləcə də Amerikanın kütləvi informasiya vasitələrinə məktublar göndərirlər.

Məlumatlarda Qarabağ müharibəsi zamanı Azərbaycanın rayonlarının işğal edilməsi, Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törədilməsi faktı və statistik məlumatlar diqqətə çatdırılır. Məktubun müəllifləri BMT Təhlükəsizlik Şurasının Azərbaycanın zəbt edilmiş ərazilərindən erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə rəsmi İrəvanın tamamilə etinasızlıq göstərməsi faktını qeyd ediblər.

Amerika Azərbaycanlıları / ABŞ hökumətini Ermənistana təzyiqi gücləndirməyə, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını ondan tələb etməyə çağırıblar.



Teqlər:  





Xəbər lenti