Mənzillərin bölgü kriteriyalarında dəyişikliklər ola bilər

Mənzillərin bölgü kriteriyalarında dəyişikliklər ola bilər
  22 İyul 2013    Oxunub:1310
Jurnalistlər üçün tikiləcək növbəti binada mənzillərin bölüşdürülməsi zamanı kriteriyalarda müəyyən dəyişikliklər ola bilər.
AzVision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.

"Jurnalistlər üçün yeni tikiləcək binanın əsası qoyuldu" -deyən şura sədri, yeni binanın sahəsinin daha da böyük olacağını, binaya daha bir korpus əlavə olunacağını dilə gətirib:

"Bina 2-3 ilə hazır ola bilər. Azərbaycanda bizim müəyyənləşdirdiyimiz kriteriyalara uyğun jurnalistlərin sayı dəfələrlə çoxdur və onlar uzun müddət jurnalistikada çalışıblar. 10, 30, 40 il, hətta 60 ilə yaxın iş stajı olanlar var. Mənzillər hazır olandan sonra biz yenə müəyyən araşdırmalar aparacağıq. Sizin fikirləriniz öyrəniləcək, yeni şərtləri müəyyənləşdirəcəyik. Həmin kriteriyaları mənzillər bölüşdürülərkən açıqlayacağıq. Kriteriyalarda bəlkə də müəyyən dəyişikliklər olacaq. Hələ ki, zamana ehtiyac var".
Ə.Amaşov qeyd edib ki, jurnalistlər üçün tikilən ilk binada mənzil almaq üçün müraciət edənlərin sayı çox idi. Seçimi elə etdik ki, layiqli insanlar buradan ev alsınlar".

Fatimə


Teqlər:  





Xəbər lenti