Prezident Siyəzənə 2 milyon manat ayırıb

Prezident Siyəzənə 2 milyon manat ayırıb
  20 İyul 2013    Oxunub:1036
Azərbaycan Prezidenti İlham Əliyev Siyəzən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Siyəzən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Siyəzən Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Teqlər:





Xəbər lenti