DİN hərbiçilərin qəzası ilə bağlı məlumat yaydı

DİN hərbiçilərin qəzası ilə bağlı məlumat yaydı
  20 İyul 2013    Oxunub:1320
DİN hərbçiləri daşıyan avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 14.30 radələrində Şəmkir rayonu ərazisindəki Yasamal aşırımında Bakı şəhər sakini Canpolad Əmrahovun idarə etdiyi “Toyota” markalı avtomaşınla Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin baş giziri Zülfüqar Şıxəliyevin idarə etdiyi hərbi hissəyə məxsus “PAZ-4232” markalı avtobus toqquşub, sonradan avtobus aşıb. Nəticədə avtobusdakı sərnişinlərindən “N” saylı hərbi hissənin hərbçisi Elxan Əliyev hadisə yerində ölüb, xəsarət almış sürücü və 6 sərnişin hospitala yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti