Məmmədyarov fransalı həmkarıyla görüşəcək

Məmmədyarov fransalı həmkarıyla görüşəcək
  20 İyul 2013    Oxunub:1029
Azərbaycan və Fransanın xarici işlər naziri iyulun 23-də Parisdə görüşəcəklər.
Azərbaycan və Fransanın xarici işlər naziri Elmar Məmmədyarov və Loran Fabius iyulun 23-də Parisdə görüşəcəklər.

Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

E.Məmmədyarovun səfəri işgüzar xarakter daşıyır. İki ölkənin xarici işlər naziri, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini və Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin perspektivlərini müzakirə edəcəklər.


Teqlər:





Xəbər lenti