`Hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb`.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, yaşıı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli əmri ilə tənzimlənir. Həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.