Yaxşı pivə köpüyündən bilinir - ARAŞDIRMA

Yaxşı pivə köpüyündən bilinir - ARAŞDIRMA
  19 İyul 2013    Oxunub:16262
“Bizdə “Hacı” pivəsi var, hacı da pivə içər?”
Yay mövsümü başlayanda insanların sərinləşdirici içkilərə tələbatı daha da artır. Bu fəsildə kişilərin ən çox içdiyi pivədir desək, yanılmarıq. İşdən sonra kafelərdə pivə içdiyini və ya evə gedərkən əksər kişilərin bir neçə şüşə pivə aldığının şahidi oluruq. Maraqlıdır, hər gün 2-3 şüşə pivə içmək insan orqanizminə necə təsir edir? Bu pivələrin keyfiyyəti hansı səviyyədədir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Fazil TalıblıAzVision.az-a açıqlamasında bildirib ki, pivənin hazırlanmasında, istehlakçılara təqdim olunmasında bir sıra standart qaydalar var ki, onlar çox vacibdir:

Əsl pivəni necə tanıya bilərik?



- Pivə məhsulunun ümumi texniki şərtlərini əhatə edən AZF 143 dövlət standartı qüvvədədir və onun tələbləri məcburidir. Standarta əsasən pivə sanitariya norma və qaydalarına riayət etməklə təsdiq olunmuş texnoloji təlimat və resepturalar üzrə hazırlanmalıdır. Pivə açıq, yarımtünd və tünd rəngi əhatə edən tipdə istehsal oluna bilər. Başlanğıc suslonun yəni pivə şüşəsinin ekstaktivliyindən asılı olaraq bir neçə qrupa ayrılır. Həmçinin emal üsuluna görə də pivə pasterizə edilməmiş və pasterizə edilmiş növlərinə bölünür. Əsil pivəni siz belə tanıya bilərsiniz ki, xarici görünüşü çöküntüsüz və kənar qarışıqlarsız şəffaf maye halında olmalıdır. 25 milli metrlik hündürlükdən, yəni butulkanın boğazından qabın ağzına qədər olan məsafəni nəzərdə tuturuq, hündürülüyü 105 -110 milli metr , xarici diametri 70-75 milli metr olan silindrik formalı tökülən pivə 12 dərəcə tempuraturda yığcam köpüyə malik olmalıdır. Karbon 4 oksid qabarcıqları verməli və köpüyün hündürlüyü butulka pivəsində aşağısı 20 milli metr, köpüyün davamlılığı da ən azı 2 dəqiqə olmalıdır. Çəllək pivəsində isə köpüyün hündürülüyü aşağısı 15 milli metr, davamlılığı isə ən azı dəqiqə yarım olmalıdır. Pivədən mayaotu acılığı və ətri olan, qurumuşsəmənin təmiz dadı və ətri gəlməlidir və s.



Mikrobioloji göstəricilərə, həmçinin xammala olan tələblər standartda mövcuddur. Onu da deyim ki, uyğunluq sertifikatı olan, Səhiyyə Nazirliyi tərəfindən icazə verilən xaricdən alınanan xam mal və materialdan istifadəyə yol verilir. Qablaşdırılma da standarta uyğun olmalıdır. 20 dərəcə tempuraturda 10 butulkanın orta doldurulma səviyyəsi 3 % kənara çıxma ilə qabların nominal tutmuna uyğun olmalıdır. Həmçinin çəlləklərin doldurulması onların həcminin 99, 5 % -dən az olmamalıdır. Çəllək və izotermik çənlərdən pivənin satışı vaxtı pivə qədəhlərə və digər qablara karbon 4-oksidin təzyiqi altında doldurulmalıdır. Markalanmasına gəldikdə isə bilirsiniz ki, pivə doldurulmuş hər bir istehlak qabı üzərində istehsalçı müəssisənin adı, ünvanı, əmtə nişanı, məhsulun adı, pasterizə edilmiş pivə üçün pasterziə olunmuş yazısı, başlanğıc suslonun , yəni pivə şüşəsinin eksataktivliyi, qabın tutumu, saxlanma temperaturu saxlanmasının zəmanət müddətinin qurtardığı tarix, pivənin qida və enereji dəyəri haqqında məlumat olmalıdır .
Butulkalara və çəlləkərə doldurulmuş pasterizə olunmamış pivə 5 dərəcədən 12 dərəcəyə kimi , pasterizə olunmuş isə 10 dərəcədən 20 dərəcəyədək tempuraturda saxlanılır. Butulkalara doldurulmuş pivə qaranlıq otaqlarda saxlanmalıdır. Ticarət şəbəkəsində isə avtsisterinlərdə gətirilmiş pivə izotermik çənlərdə karbon 4 -oksidn təzyiqi altında 2 dərəcədən 5 dərəcəyədək temperaturda saxlanılır. Pivənin son yararlılıq müddəti standarta əsasən daşınma və saxlanma şərtlərinə riayət edildikdə, istehsalçı pivənin bu standartın tələblərinə uyğun olmasına zəmanət verir. Özü bəyan edir ki, bu pivənin saxlanması filan müddətə qədərdir. Standartda konkret müddət nəzərdə tutulmayıb. Hər bir istehsalçı öz məhsulunu yəni faktiki davamlılığına uyğun olaraq səhiyyə nazirliyi ilə razılaşdıraraq texnoloji sənədində qeyd edə bilər.

Komitə insan həyatı və sağlamlığı üçün təhlükəli olan pivə məhsulları aşkar edib

Bu məhsul ilə bağlı komitənin dövlət nəzarəti xidmətinin apardığı monitorinqlərə diqqət ilə baxdıqda yay mövsümündə ümumi həcmi 950 dekalitir pastreizə edilmiş çəllək pivəsinin məhsullarından götürülüb nümunələrin sınağı nəticəsində onların normativ standartın tələblərinə cavab vermədiyi, insan həyatı və sağlamlığı üçün təhlükəli olduğu müəyyən edilmiş və məhv edilib .



Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə əsil keyfiyyətli pivəni bu cür fərqləndirməyi məsləhət gördü:

- Pivənin digər alkoqollu və sərinləşdirici içkilərdən özəlliyi ondadır ki, əgər pivənin bir hissəsi məsələn, 10 litr pivə qıcqırıbsa onu 1 ton pivə ilə qarışdırsan o biri pivəni də qıcqırdır. Ona görə də açıq pivə satışında istehlakçıların aldadılması bu cür baş verir : əgər qorxub çəkindikləri müştəridirsə təzə pivə veririrlər. Deyilsə ilə köhnəni qarışdırb verirlər. Ola bilər ki ora su da əlavə olunsun. Əhali bilməlidir ki, pivənin keyfiyyəti onun köpüklənməsi ilə bağlıdır. Köhnə pivə turşumuş dad verir, zəif köpüklənir, üstəlik təmiz pivə arpadan hazırlanır. Bəzən pivə altı ay saxlandıqda xarab olmur, bu o deməkdir ki, tərkibində çoxlu kimyəvi maddələr var.Əslində isə belə havada normal pivə qıcqırır. Xaricdən gətirilən pivələr ola bilər ki, dadı yaxşı olsun, amma insan orqanizmi üçün zərəri də ola bilər. Bir mənalı şəkildə yerli pivələrə üstünlük vermək lazımdır. Hansının yararlılıq müddəti qısadırsa onu alsınlar.

- Bizdə “Hacı pivəsi” də var ki, guya alkoqolu yoxdur. Əhali isə bir mənalı şəkildə bildirir ki, onun tərkibində alkoqol var. Çünki insanları kefləndirir. Pivəyə bu cür adın verilməsi çox biabırçılıqdır, hacı pivə içməz.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti