Gəncə sakini vəhşicəsinə döyülüb

Gəncə sakini vəhşicəsinə döyülüb
  17 Aprel 2016    Oxunub:2161
Gəncənin Cavadxan küçəsində döyülmə faktı qeydə alınıb.
AzVision.az RegionTV-yə istinadən xəbər verir ki, 3 nəfər naməlum şəxs şəhər sakini Qasım Qasımova küt alətlə müxtəlif xəsarətlər yetiriblər. Hadisədən sonra yaralı ətrafdakıların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin tibbi yardımdan sonra xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Zərərçəkənin həkimlərə verdiyi ilkin məlumat görə, o, ona xəsarət yetirən şəxsləri tanımayıb. Artıq hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Polis həmin şəxslərin müəyənləşdirilməsi istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti