Bakı dünyanın "İdman paytaxtı” seçildi

   Bakı dünyanın "İdman paytaxtı” seçildi
  06 May 2024    Oxunub:980
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" kimi təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu gün bu barədə beynəlxalq təşkilatdan ölkəmizə rəsmi məktub göndərilib.

Azərbaycan əhalisinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.

Gələn ilin sonunda Belçikanın Brüssel şəhərində, Avropa Parlamentində Bakının dünyanın "İdman paytaxtı" kimi rəsmi təqdimat mərasimi keçiriləcək.

AzVision.az


Teqlər: Bakı   idman-paytaxtı  





Xəbər lenti