2500 abituriyent ərizə verdi

2500 abituriyent ərizə verdi
  19 İyul 2013    Oxunub:929
“İyulun 17-də orta ixtisas təhsil müəssiələrinə 9 illik təhsil bazasında ərizə qəbulu başlayıb. Artıq 2500 abituriyent müraciət edib, ərizələrini təsdiqlədib. Proses 15 avqusta qədər davam edəcək”.

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. O bildirib ki, ərizə qəbuluna dair bütün məlumatlar, ixtisasların siyahısı, kolleclərin siyahısı “Abituriyent” jurnalının 4-cü sayında qeyd olunub:

“Kolleclərə qəbul imtahanı avqustun 25-də keçiriləcək. Ərizə qəbulunda iştirak edəın kontigent ərizələri internet vasitəsilə təsdiq edə biləcək. Bunlar orta ümumtəhsil müəssisələrinin 9, 10 və 11-ci siniflərini bu il bitirənlər və eyni zamanda 2011-2012-ci illərdə ali məktəblərə və orta ixtisas məktəblərinə qəbul imtahanlarında ərizələrini təsdiq etdirmiş abituryentlər indi də ərizələrini təsdiq edə biləcək. Yalnız bir qism abituriyentlər ərizələrini internetlə doldurduqdan sonra sənəd qəbulu komissiyasında müvafiq sənədləri təqdim etməklə ərizələrini təsdiq etməlidirlər. bakı şəhərində sənəd aqəbulu komisyasi nəsimi rayion 42 saylı məktəbindədir”.

E.Nağızadə 9 illik təhsil bazasında olan kolleclərdə də xüsusi qabiliyyət tələb edən ixtisaslardan danışıb: “Həmin ixtisaslar üzrə qəbul olmaq istəyənn abituruentlərbu ayın 31-dək həmin ixtisaslar üzrə seçmə turda iştirak etmək üçün qeydoyyatdan keçməlidirlər. Qeydiyyatdan keçənlər üçün seçmə turlar avqustun əvvəlində olacaq. TQDK-da yaradılmış komssiyalarda avqustun 5-dən 13-dək yaradıclıq qabiliyyəti yoxlanacaq. Xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslarda seçmə turlar ləğv olunub. Bunlar bədən tərbiyəsi və idman istiqaməti üzrə, musiqi müəllimliyi, xor drijorluğu, instrumental ifaçılıq, xalq çalğı alətləri üzrə ifaçılıq ixtisaslarıdır”.

Bunun səbəbini isə TQDK nümayəndəsi belə izah edib: “Bu, həmin ixtisaslar üzrə təhsil aparan təhsil müəssiləri tərəfindən olunan təklif və o sahə üzrə qəbulun nətucələrinin təhlili əsasında verilmiş qərardır”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti