“Azərsu” yenə üzr istədi
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzVision.az-a verilən məlumata görə, magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar 19 iyul 2013-cü il tarixində Bakı şəhəri Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda Salyan şossesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.