AMEA Prezident Aparatına təklif göndərib

AMEA Prezident Aparatına təklif göndərib
  18 İyul 2013    Oxunub:1024
“Elmlər təhsilin vəhdədi son dərəcədə önəmlidir. Bu işi bir neçə il əvvəl Geologiya İnstitunda tətbiq etmək istəsək də, buna nail ola bilmədik. Ümid edirəm ki, bundan sonra bu layihəmizi həyata keçirə biləcəyik”.
AzVision.az-ın məlumatına görə, bu sözləri AMEA prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, AMEA institutlarında baza kafedraları yaradılıb, bu kaferdalarda həm bizim alimlər dərs keçirlər, həm də univerisitetin müəllimləri elmi yeniliklərdən bəhrələnir:

“Tədris proqramları müasir tələblərə cavab vermir. Bu baxımdan elmi yeniliklərin tədrisdə də tətbiqi son dərəcə önəmlidir. Bundan başqa gələcəkdə Gimnaziya yaradılacaq. Hazırda isə magistraturanın yaradılması ilə bağlı Prezident Aparatına təklifimizi vermişik. Bu məsələyə baxılır. Güman edirik ki, dövlət bizi dəstəkləyəcək. Çünki akademiyada həm tələbələrin həm də alimlərin səsi gəlməlidir”.

AMEA prezidenti gənc alimlərin problemlərinə də toxunub. O deyib ki, gənclərin problemləri ona məlumdur: “Əsas məqsədimiz gənclərin AMEAya cəlb etmək, onların maddi problemlərini həll etmək, ipoteka kreditlərinin verilməsi məsələlərini həll etməkdir. İpoteka ilə bağlı məsələyaxın zamanda həll ediləcək. Bu istiqamətdə prezident tərəfindən də dəstək var”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti